“İnsanlar həvəslə seçki məntəqələrinə axın edirdilər” – MDB təmsilçisi 

“İnsanlar həvəslə seçki məntəqələrinə axın edirdilər” – MDB təmsilçisi 

Hazırda oxunan: “İnsanlar həvəslə seçki məntəqələrinə axın edirdilər” – MDB təmsilçisi 

177201

"Missiyamız bir aydır ki, Azərbaycandadır və milli qanunvericiliyin əsaslarını öyrənməyə çalışıb. Ekspertlər belə qənaətə gəlib ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq qanunvericilikdə əks olunan müddəalara istinad edib". 

Bizim.Media xəbər verir k, bunu MDB təmsilçisi Jaki Asanov Prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə müşahidəçilərinmiz səhər məntəqələrə yola düşərkən, yerli insanların küçələrdə, yollarda həvəslə seçkilərə səs verməyə axın etdiklərini gördük:

"Seçki məntəqələrindən birində 91 yaşlı ağsaqqalı gördük. O, öz prezidentini seçdiyini və ölkənin gələcəyinə də həmin liderin töhfə verəcəyini dedi. Həm də xoş arzularını çatdırdı. Həmin ağsaqqal o qədər xoş ovqatda idi ki... Öz həmkarlarım və 6 dövləti təmsil edən nümayəndələr adından Azərbaycanı təbrik edirəm, sülh və əmin-amanlıq arzu edirəm".

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO