Ermənistanda hökumət BÖHRANI – Simonyan və Qriqoryan QARŞI-QARŞIYA

Ermənistanda hökumət BÖHRANI – Simonyan və Qriqoryan QARŞI-QARŞIYA

Hazırda oxunan: Ermənistanda hökumət BÖHRANI – Simonyan və Qriqoryan QARŞI-QARŞIYA
176759
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2026-cı il seçkiləri ərəfəsində Ermənistanın güc dairələrində qızğın mübarizə başlayıb”.

Bizim.Media xəbər verir ki , bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın himni və gerbi dəyişdirilməlidir” - Alen Simonyan


“2026-cı il seçkiləri öncəsi hakimiyyət daxilində mübarizə gedir. Alen Simonyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bir neçə başqa şəxs özlərini Nikol Paşinyanın varisi kimi təqdim etməyə başladılar.

Onlar Rusiya və Qərbin dəstəyi ilə bu addımları atırlar. Simonyan və Qriqoryan vəziyyəti o qədər ciddi qəbul ediblər ki, artıq səhnə arxasında bir-biriləri ilə mübarizəyə başlayıblar.

Hakimiyyətdəki mənbələrimiz bildirir ki, Alen Simonyan uzun müddət Armen Qriqoryanın rolunu aşağılamağa çalışıb və sonuncu da öz növbəsində Alen Simonyanın əleyhinə işləyib. O, Alen Simonyanın ailəsinin tender proseslərində iştirak etdiyinə dair Paşinyana ipucu verib”, - deyə mənbə bildirib.

Yeri gəlmişkən, Alen Simonyanın qardaşının həyat yoldaşı tender maxinasiyasına görə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO