Lavrov iranlı həmkarı ilə Yaxın Şərq və Qəzza zolağını MÜZAKİRƏ EDİB

Lavrov iranlı həmkarı ilə Yaxın Şərq və Qəzza zolağını MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Lavrov iranlı həmkarı ilə Yaxın Şərq və Qəzza zolağını MÜZAKİRƏ EDİB

172712

Yanvarın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın XİN başçısı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Lavrov İranın Kirman şəhərində general Qasım Süleymaninin xatirəsini ehtiramla yad etmək üçün toplaşan insanların terrorçuların əli ilə faciəli şəkildə həlak olması ilə bağlı səmimi başsağlığı verib. 

Beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin daha da əlaqələndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.

Yaxın Şərq və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər, o cümlədən Qəzza zolağı və onun ətrafında, eləcə də Qırmızı dənizdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkə rəhbərliyi səviyyəsində əldə olunmuş razılaşmalara uyğun olaraq siyasi dialoqun və praktiki əməkdaşlığın qurulmasının aktuallığı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO