Şəhriyar qəsəbəsində iki min nəfər susuz qalıb - VİDEO

Hazırda oxunan: Şəhriyar qəsəbəsində iki min nəfər susuz qalıb - VİDEO

167284

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.

Bizim.Media xəbər verir ki, sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.

Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.

Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub. Layihənin gələn ilin dövlət  proqramına salınması nəzərdə tutulub.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO