Bakıda yaşayış binasının zirzəmisi su ilə dolub - VİDEO 

Hazırda oxunan: Bakıda yaşayış binasının zirzəmisi su ilə dolub - VİDEO 

165519

Bakıda beşmərtəbəli binanın zirzəmisi çirkabla dolub. 

Bizim.Media xəbər verir ki, Binəqədi rayonunda onlarla ailənin məskunlaşdığı binada üfunətdən yaşamaq mükşkülə çevrilib. Sakinlər binanin çökəcəyindən ehtiyat edirlər. 

Ərazidə kanalizasiya xətləri partlayıb, üstəlk 3-4 ildir ki, çırkab sular zirzəmilərə dolur. 

Belə  bir  iddia  ilə çıxış edən paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinin sakinləri "Xəzər Xəbər"ə müraciət  ediblər. Onların sözlərinə görə, binanın zirzəmisinə 
çırkab sular dolduğundan ərazini üfunət bürüyüb. 

Sakinlər üzləşdikləri problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. 
Sakinlər yaşı 70 -i ötmüş binanın bu səbəbədən çökəcəyindən narahatdılar. 

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı  bildirib ki, sözügedən beşmərtəbəli yaşayış binası yataqxana tipli binadır. Binəqədi rayon Sukanal idarəsi ərazidə manitorinq aparıb. Həmin ərazidə vaxtilə mövcud olan köhnə su xəttindən sızmalar qeydə alınb. Həmin su xətti ləğv olunub. Qazılmış ərazidə məhz həmin xəttin keçdiyi yerdir. 

Bu gün  qəza briqadası əraziyə yenidən baş çəkib, zirzəmiyə heç bir axıntının olmadığı müəyyən olunub. 

Anar Cəbrayıllı qeyd edib ki, tezliklə ərazi əvvəlki vəziyyətə qaytarılacaq. Zirzəmiyə  toplanmış sular isə  nasoslarla kənarlaşdırılacaq. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO