Sabah bəzi rayonlarda QAZ OLMAYACAQ 

Hazırda oxunan: Sabah bəzi rayonlarda QAZ OLMAYACAQ 

165486

“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar noyabrın 22-də saat 08:00-dan “Fizuli-Horadiz” və "Füzuli Diaqnostika" ölçü qovşaqlarından, saat 09:00-dan “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. 

Bildirilib ki, təmir işləri aparılan müddətdə Füzuli rayonunun, eləcə də Abşeron (Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi, Ceyranbatan və Saray qəsəbələri və 21 qeyri-yaşayış sahəsi), Qaradağ (Müşviqabad qəsəbəsi) və Binəqədi (28 May qəsəbəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO