Tarkanın Bakıdakı konsertinə rekord sayda bilet satılıb

Hazırda oxunan: Tarkanın Bakıdakı konsertinə rekord sayda bilet satılıb

165418

Türkiyənin meqastarı Tarkanın noyabrın 25-də Bakıda baş tutacaq konsertinə rekord sayda bilet satılıb. 

Bizim.Media xəbər verir ki, sənətçinin “Baku Crystall Hall”da gerçəkləşəcək konsertinə artıq 18 mindən çox bilet satılıb. 

Bu, ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir. 

30 nəfərlik komanda ilə Bakıya gələcək Tarkan səhnədə hitlərini səsləndirəcək. Onun azərbaycanlı dinləyicilərinə sürpriz etməsi də gözlənilir. 

Qeyd edək ki, bundan öncə “iTicket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxıstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlandıracaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO