Basketbol Lİqası: “Neftçi” və “Sabah” rəqiblərini məğlub etdi

Hazırda oxunan: Basketbol Lİqası: “Neftçi” və “Sabah” rəqiblərini məğlub etdi

163972

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) III tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyun günündə 2 matç keçirilib.

Günün ilk qarşılaşmasında “Neftçi” ciddi müqavimətlə üzləşməyib. “Şəki” ilə görüşdə ev sahibləri 26 xal fərqi ilə qalib gəliblər. Onlar növbəti qələbə sayəsində xallarının sayını 5-ə çatdırıblar.

Tura “Xırdalan” - “Sabah” yekun vurulub. İlk üç periodda böyük üstünlük qazanan Azərbaycan çempionu sona yaxın daha rahat oynayıb. "Xırdalan"ın son periodda 18 xal fərqi ilə qalib gəlməsi də onu məğlubiyyətdən xilas etməyib. Ehtiyatda bir oyunu olan sabah 4-cü pilləyə yüksəlib.

Azərbaycan Basketbol Liqası

III tur

11 noyabr

12:00. “Neftçi” – “Şəki” - 90:64 (24:18, 16:17, 26:8, 24:21)

“Sərhədçi” İdman Mərkəzi

19:30. “Xırdalan” – “Sabah” - 87:99 (14:36, 20:24, 20:24, 33:15)

“Sərhədçi” İdman Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO