Vəkilliyə qəbulda uğur qazanan namizədlər məlum oldu - FOTO

Vəkilliyə qəbulda uğur qazanan namizədlər məlum oldu - FOTO

Hazırda oxunan: Vəkilliyə qəbulda uğur qazanan namizədlər məlum oldu - FOTO

163040

Noyabrın 5-də Dövlət İmtahan Mərkəzinin (DİM) Kompüter Mərkəzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının DİM ilə birgə Vəkillər Kollegiyasına və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Vəkillər Kollegiyasından Bizim.Media-ya bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul olunması üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib.

Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54-ü, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14-ü uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər sənəd qəbulu komissiyasına dekabrın 1-dən 29-dək müvafiq sənədləri təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

Kollegiyaya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin və müvafiq sənədlərin siyahısı təşkilatın saytında //barassociation.az/news/1196  yerləşdirilib.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO