Paytaxtda marketdə saxta spirtli içkilər AŞKARLANDI - FOTO

Hazırda oxunan: Paytaxtda marketdə saxta spirtli içkilər AŞKARLANDI - FOTO

159584

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında yerləşən "Kamran" marketdə saxta alkaqollu içkilərin satıldığı məlum olub. 

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, Agentlik əməkdaşları fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus "Kamran" marketdə plandankənar yoxlama keçirib.

Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. 
Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib. 

Araşdırmalar davam etdirilir. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO