Göyçayda ərzaqların saxlanıldığı anbarın fəaliyyəti DAYANDIRILDI - FOTO 

Hazırda oxunan: Göyçayda ərzaqların saxlanıldığı anbarın fəaliyyəti DAYANDIRILDI - FOTO 

159288

Göyçay rayonunda fiziki şəxsə məxsus qida məhsullarının saxlanıldığı topdansatış anbarının fəaliyyəti dayandırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Səbuhi Fərhad oğluna məxsus qida məhsullarının saxlandığı topdansatış anbarında planlı yoxlama keçiriblər.  

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, anbarda son istifadə tarixi bitmiş və etiket məlumatları qeyd olunmayan müxtəlif növ qida məhsulları müəyyən edilib, həmçinin sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının temperatur rejiminə, saxlanma şəraitinə və mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar məlum olub. 

Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.  

Anbarın fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO