Stilist Şəfəq 25 ildən sonra qızını babası ilə GÖRÜŞDÜRDÜ - FOTO/VİDEO

Stilist Şəfəq 25 ildən sonra qızını babası ilə GÖRÜŞDÜRDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Stilist Şəfəq 25 ildən sonra qızını babası ilə GÖRÜŞDÜRDÜ - FOTO/VİDEO

158472

Mərhum Xalq artisti Ramiz Novruzovun stilist qızı Şəfəq Novruzova qızı Ayanla birgə Biləsuvar rayonunun Zəhmətabad kəndində yaşayan qayınatası Ağaəli bəyi ziyarət edib. 

Bizim.Media xəbər verir ki, Şəfəq bildirib ki, qızı 25 ildən sonra ilk dəfə babası ilə görüşüb. 

Uzun illərdən sonra övladını babası ilə görüşdürən Xalq artistinin qızı bu görüşü belə şərh edib: 

“Biz Biləsuvar rayonunun Zəhmətabad kəndində, qayınatam Ağaəli bəygildəyik.Qayınatam nəvəsi Ayanı görmək istəyirdi. Qızımın gəlişi ilə onlar əhd etmişdilər ki, qurban kəsəcəklər, elə də etdilər. Mən tez-tez gəlib, Ağaəli bəyə dəyirəm. Amma o, Ayanı 25 ildən sonra birinci dəfədir ki, görür. Ayan babasından utanır. Çünki onu 25 ildir ki, görmür”. 

Şəfəq, həmçinin əlavə edib ki, qayınatasıgil onun şort geyinməsinə söz etməyib, ərköyün uşaq kimi nəvaziş göstəriblər: 

“Onlar mənə hətta şort geyinməyə belə icazə verirdilər. Ərköyün idim, o evdən bu evə qaçırdım. Onlar mənə uşaq kimi nəvaziş göstəriblər. Heç zaman xətrimə dəyməyiblər. Nişanlı vaxtlarımda gətirib məni sizin evinizə atıb, çıxıb gedirdilər. Belə şey yoxdur. Nişanlı qızı qayınatasının evinə atıb, çıxıb gedirlər”. 

Qeyd edək ki, Şəfəq Novruzovanın qızı Ayan ilk evliliyindəndir. İllər sonra Şəfəq boşanıb və Anar adlı bəylə ikinci dəfə ailə qurub. Cütlüyün bu nikahdan Esmanur adlı bir qızı dünyaya gəlib. Şəfəq və Anar da bir müddət sonra aralarında yaranan münaqişəyə görə ayrılıblar. 







Rəşad Əliyev, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO