BİZİM TƏQVİM: 22 sentyabrda baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM: 22 sentyabrda baş vermiş mühüm hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 22 sentyabrda baş vermiş mühüm hadisələr

156352

1918-ci ilin bu günündə Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək Azərbaycanda dövriyyədə üç valyuta - çar dövründən qalan rubl (“Nikolay rublu”), Rusiyanın “Müvəqqəti Hökuməti” tərəfindən buraxılmış rubl (“Kerenski rublu”), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən dövriyyəyə buraxılmış bonlar, eləcə də türk lirəsi istifadə olunurdu.

Bəs, sentyabrın 22-də dünyada daha hansı hadisələr baş verib?

1. 1792-ci ilin 22 sentyabr tarixindә Fransada mütləq monarxiyanın ləğv olunduğu və respublika üsul-idarəsinin qurulduğu bəyan edilib.

2. 1939-cu ilin 22 sentyabrında Türkiyәnin İzmir şәhәrinin Dikili vә Karaburun qәsәbәlәrindә güclü zәlzәlә qeydә alınıb. Tәbii fәlakәt nәticәsindә 100-dәn çox adam hәlak olub, hәr iki qәsәbәdә dә çox sayda tikili dağılıb.

3. 1952-ci ilin 22 sentyabr tarixindә Avropa ilә Amerika Birlәşmiş Ştatları arasında rabitә xәtti yaradılıb.

4. 1980-ci ilin 22 sentyabr tarixindә Leç Valensanın rәhbәrliyindәki ‘‘Hәmrәylik’’ hәmkarlar ittifaqı Polşada qanunilәşib.

5. 1980-ci ilin 22 sentyabr tarixindә 8 il davam edәn İran-İraq müharibәsi başlayıb. İraqın İrana qarşı müharibә ela etmәsi vә Tehranın Mehrabad hava limanı daxil olmaqla İranın yeddi hava limanını bombalaması ilә başlayan müharibә nәticәsindә bir milyonadәk adam hәlak oldu.

6. 1985-ci ilin 22 sentyabr tarixindә Fransa hökumәti 1985-ci ilin 10 iyul tarixindә ‘‘Greenpeace’’ә mәxsus ‘‘Rainbow Warrior’’ gәmisinin Fransa Kәşfiyyat İdarәsi tәrәfindәn batırıldığını qәbul etdi.

7. 1993-cü ilin 22 sentyabr tarixindә Nyu-Yorkdakı Metropolitan muzeyi Türkiyәdәn qeyri-qanuni yollarla oğurlanan ‘‘Karun Xәzinәsini’’ Türkiyәyә geri qaytarıb.

8. 1995-ci ildən 22 sentyabr Ümumdünya Avtomobildən İmtina Günü qeyd olunur. Bu gün piyada və velosipedlə hərəkət etmək və ictimai nəqliyyatdan istifadə etmək ideyalarının təbliği məqsədilə keçirilir.

9. 22 sentyabr 2014-cü ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.

Sentyabrın 22-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 22 sentyabr 1929-cu ildə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaraca (1929 - 6.5.2005) anadan olub. M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərən Ə.Qaraca 1955-ci ildən bu quruma rəhbərlik edib, qardaş ölkədə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olub.

2. 22 sentyabr 1929-ci ildə Əməkdar elm xadimi, filosof Həsən Şirəliyev (1929-1997) anadan olub.

3. 22 sentyabr 1909-cu ildə ilk azərbaycanlı kino rejissorlardan Səməd Mərdanov (1909-1939) anadan olub. 1939-cuildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış aktyor Mustafa Mərdanovun qardaşıdır.

4. 22 sentyabr 1924-cü ildə Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynov (1924-2017) doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

5. 22 sentyabr 1964-cü ildə məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayev (1876-1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

6. 22 sentyabr 1938-ci ildə Amerika aktyoru və müğənnisi Din Rid (1938-1986) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO