İlqar Məmmədov: “Əsgərlərimiz sağ olsunlar, aldıqlarını alıblar, biz gedirik sadəcə baxmağa”

İlqar Məmmədov: “Əsgərlərimiz sağ olsunlar, aldıqlarını alıblar, biz gedirik sadəcə baxmağa”

Hazırda oxunan: İlqar Məmmədov: “Əsgərlərimiz sağ olsunlar, aldıqlarını alıblar, biz gedirik sadəcə baxmağa”
14993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gedirik Ağdama. Yapışqan bir motiv avtobusun monoton səsinə uyğunlaşıb beynimdə fırlanır: "Qartalımın bir qanadı yaralanıb, biz ona dərman gedirik almağa".

Bizim.Media xəbər verir ki, bunu özünün Facebook səhifəsində ReAl partiyasının sədri İlqar Məmmədov yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədrləri bu gün azad edilmiş torpaqlara gedir


“Bu motivi sevən əsgərlərimiz sağ olsunlar, aldıqlarını alıblar, biz gedirik sadəcə baxmağa”.

İlqar Məmmədov xatırladıb ki, siyasi partiyaların dayanışma səfərini Prezident Administrasiyası təşkil edib:

“YAP-dan sədr müavini Tahir Budaqov, başqa partiyalardan da sədr, ya da müavinlər”.

Qeyd edək ki, Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə bu gün səfəri başlayıb. Səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

Bu səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hamısı bir yerdə olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO