Putin: “Kasetli bombalardan bizə qarşı istifadə olunarsa, cavab veriləcək”

Hazırda oxunan: Putin: “Kasetli bombalardan bizə qarşı istifadə olunarsa, cavab veriləcək”

146494

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kasetli bombalarının tədarükünə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, "Rossiyа" telekanalına müsahibəsində Putin bildirib ki, ABŞ özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Gerasimovu Rusiya ordusunun Ukraynadakı komandanı vəzifəsindən çıxartdı


Onun sözlərinə görə, ABŞ bunu sursat çatışmazlığına görə edir:

"Onların sursatlarla bağlı çatışmazlığı var. Xatırladım ki, Ukrayna ordusu gün ərzində hərbi əməliyyatlarda 5-6 min 155 kalibrli sursat sərf edir. ABŞ isə ayda 15 min ədəd 155 kalibrli sursat istehsal edir".

Rusiya prezidenti ölkəsinin kasetli sursatlarından istifadə etməyə hələ ehtiyacının olmadığını söyləyib:

"Lakin onlardan bizə qarşı istifadə olunarsa, cavab vermək hüququmuz var".

Putin Rusiya ordusunun müxtəlif tipli kasetli sursatları ilə kifayət qədər təchiz olunduğunu da xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO