“Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik” – Ərdoğan  

Hazırda oxunan: “Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik” – Ərdoğan  

146442

“Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən “Türkiyə Əsrinin Qəhrəmanları” proqramında çıxışı zamanı söyləyib. 

Yeddi il öncə iyulun 15-nə keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin aradan qaldırıldığını qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb:  

“Biz xalq olaraq nəsildən-nəslə danışılacaq böyük bir dastan yazdıq. Biz bütün dünyaya bəyan etdik ki, tankla, topla, tüfənglə milli iradəni təslim etmək olmaz. Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO