Berluskoninin partiyasına yeni sədr TƏYİN OLUNDU - FOTO

Hazırda oxunan: Berluskoninin partiyasına yeni sədr TƏYİN OLUNDU - FOTO

146440

İtaliyanın xarici işlər naziri Antonio Tajani Forza “İrəli, İtaliya” partiyasının milli katibi təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Partiyanın yaradıcısı və lideri iyunun 12-də 86 yaşında vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni olub. 

“İrəli, İtaliya”nın yeni rəhbəri kimi Tayaninin namizədliyi partiyanın Milli Şurası tərəfindən dəstəklənib. Açılış nitqi ilə çıxış edən XİN rəhbəri bildirib ki, partiya hökumət koalisiyasına loyal olsa da, mövqeyi həmişə fərqli olacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO