Rəsmi Ankara: Türkiyə İsveçin NATO üzvlüyünə “hə” deməyib

Hazırda oxunan: Rəsmi Ankara: Türkiyə İsveçin NATO üzvlüyünə “hə” deməyib

146141

“Türkiyə İsveçin NATO üzvlüyünə “hə” deməyib, NATO üzvlüyünün önünü açmağa “hə” deyib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən deyib.

“Türkiyə İsveçin NATO üzvlüyünə “hə” deməyib, NATO üzvlüyünə yol açmaq üçün “hə” deyib.

Türkiyəyə tətbiq olunan müdafiə sənayesi sanksiyaları tamamilə ləğv ediləcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi İsveçin Türkiyənin Avropa İttifaqına qoşulması prosesi, həmçinin terrorla mübarizədə öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini qiymətləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO