Makronun iqamətgahına kəsilmiş insan barmağı GÖNDƏRİLDİ  

Hazırda oxunan: Makronun iqamətgahına kəsilmiş insan barmağı GÖNDƏRİLDİ  

145982

Fransada Yelisey Sarayına içərisində kəsilmiş insan barmağı olan zərf göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Valeurs Actuelles” məlumat yayıb. 

Bildirilib ki, saray Fransa Prezidentinin Parisdəki rəsmi iqamətgahıdır. 

Məlumata görə, iyulun 9-10-da sarayın yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman içində insan barmağı olub. Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib. Barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib. 
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Amma təfərrüatlar məlum deyil. Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO