Moskvanın “Ostankino” teleqülləsində bomba HƏYƏCANI: Ziyarətçilər təxliyə edilib 

Hazırda oxunan: Moskvanın “Ostankino” teleqülləsində bomba HƏYƏCANI: Ziyarətçilər təxliyə edilib 

143470

Bu gün axşam saatlarında Rusiyanın paytaxtı Moskvada yerləşən “Ostankino” televiziya qülləsində bomba təhlükəsi ilə bağlı anonim mesaj daxil olub.  

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq teleqüllə və ətraf ərazisində əməliyyat axtarış tədbirləri görülür, o cümlədən kinoloqlar hadisə yerində işləyirlər. 

Məlumata görə, “Ostankino” televiziya qülləsinə gələn bütün ziyarətçilərin təxliyəsinə başlanılıb. 

Xatırladaq ki, Moskva meri Sergey Sobyaninin sərəncamı ilə ötən şənbə günü “Vaqner” hərbi birləşməsinin qiyamı səbəbindən Moskva ətrafında baş verən hadisələrlə əlaqədar bu gün qeyri-iş günü elan edilib.

Həmçinin bu gün ləğv edilən əks-terror əməliyyatı (CTO) rejimi tətbiq edilib. Müvəqqəti məhdudiyyətlər də aradan qaldırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO