Moskvada xüsusi rejim ləğv OLUNDU 

Hazırda oxunan: Moskvada xüsusi rejim ləğv OLUNDU 

143365

Rusiyanın paytaxı Moskva şəhəri, habelə Moskva vilayətində antiterror əməliyyatı rejimi ləğv olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin teleqramda məlumat verib. 

O bildirib ki, antiterror əməliyyatı rejimi ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb. 

Sobyanin əlavə edib ki, paytaxtda xüsusi rejimə görə təxirə salınmış məzun günü iyulun 1-də keçiriləcək. 

Qeyd edək ki, iyunun 24-də ''Vaqner'' özəl hərbi təşkilatı Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO