Avropa Oyunlarının açılış mərasimində QALMAQAL

Avropa Oyunlarının açılış mərasimində QALMAQAL

Hazırda oxunan: Avropa Oyunlarının açılış mərasimində QALMAQAL
142836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın Krakov şəhərində III Avropa Oyunlarının açılış mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, mərasim çox da baxımlı alınmadığına görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub, üstəlik, qalmaqalsız da ötüşməyib.  

Ümumiyətlə, Polşa əhalisi Avropa Oyunlarına xərclənən pulun həcminə görə bu turnirə tənqidi yanaşırdı. Açılış mərasiminin də sözün əsil mənasında yola verildiyini görən yerli publika orda çıxış edən yerli siyasətçiləri fitə basıblar.  

Ən çox etiraz Krakovun meri Yatsek Mayrxovskinin çıxışı zamanı eşidilib. Maraqlıdı ki, sabiq vitse-premyer Yatsek Sasinin çıxışı zamanı arenada subtitrlər qoşulub. Elə yüngül fit səsləri ölkə prezidenti Andjey Dudanın çıxışı zamanı da eşidilib.  

Bahalı tədbirin yalnız musiqidən və kiçik şou-proqramdan ibarət olması Avropa mətbuatı tərəfindən də tənqid olunub. 

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə paytaxtımızda, 2-cisi isə 2019-da Belarusun paytaxtı Minskdə keçirilib. Rusiyalı və belaruslu idmançıların buraxılmadığı bu dəfəki turnir iyulun 2-nə qədər davam edəcək.  

Burada gələn il Parisdə keçiriləcək yay Olimpiadasının təsnifat mərhələləri də baş tutacaq. Yarışlar ümumilikdə 29 idman növü üzrə keçiriləcək.  

Onu da vurğulayaq ki, Azərbaycanı 3-cü Avropa Oyunlarında 14 fərqli idman növündə ümumilikdə 101 idmançı təmsil edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO