Klublarımızın Konfrans Liqasındakı potensial RƏQİBLƏRİ - “Qəbələ” “Fənərbağça” ilə qarşılaşa bilər

Klublarımızın Konfrans Liqasındakı potensial RƏQİBLƏRİ - “Qəbələ” “Fənərbağça” ilə qarşılaşa bilər

Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı potensial RƏQİBLƏRİ - “Qəbələ” “Fənərbağça” ilə qarşılaşa bilər
142558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqiblərinin sayı azalıb. 

Bizim.Media xəbər verir ki, UEFA bu gün keçiriləcək püşkatma mərasimindən əvvəl komandaları qruplaşdırıb. 

Hər bir klubumuzun mümkün rəqiblərinin sayı 5-ə enib. 

“Sabah”ın potensial rəqibləri: 

ÇFR (Rumıniya) 
“Hapoel” (Beer-Şeva, İsrail) 
“Legiya” (Polşa) 
“Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütü 
“Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütü 

“Neftçi”nin potensial rəqibləri: 

“Voyvodina” (Serbiya) 
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütü 
“Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütü 
“Debretsen” (Macarıstan) 
ÇSKA1948 (Bolqarıstan) 

“Qəbələ”nin potensial rəqibləri: 

“Fənərbağça” (Türkiyə) 
PAOK (Yunanıstan) 
“Omonoiya” (Kipr) 
“Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütü 
“Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütü 

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO