Güclü sel Qubada fəsadlar TÖRƏTDİ – VİDEO  

Güclü sel Qubada fəsadlar TÖRƏTDİ – VİDEO  

Hazırda oxunan: Güclü sel Qubada fəsadlar TÖRƏTDİ – VİDEO  
140967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal rayonlarına ötən gün yağan güclü sel fəsadlara yol açıb. Quba və Qusarın çaylarına güclü sel gəlib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qubanın Yerfi kəndini rayon mərkəzi ilə birləşdirən körpünü sel suları bərbad günə salıb, hərəkət çətinləşib.

Qaraçaya gələn güclü sel nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirib.

Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov sel sularının Yerfi kəndi ərazisindəki körpünün bir hissəsini dağıtdığını təsdiqləyib.
Onun sözlərinə görə, selin fəsadını aradan qaldırmaq üçün yol idarəsinin əməkdaşları hazırda ərazidədir, bərpa işlərinə başlayıblar. Quba, Qusar, Xaçmaz rayonlarında müşahidə edilən güclü selin fəsadlarının dəqiqləşdirilməsi işlərinə də başlanılıb. 
 

 

 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO