Zelenskidən HƏYƏCAN TƏBİLİ: “80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq”

Zelenskidən HƏYƏCAN TƏBİLİ: “80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq”

Hazırda oxunan: Zelenskidən HƏYƏCAN TƏBİLİ: “80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq”

140127

“Rusiya hərbçiləri hələ ötən il Kaxovskaya Su Elektrik Stansiyasını minalamışdılar. Ona görə də Ukrayna bənddə mümkün partlayışa və fəlakətin nəticələrinə hazır idi”. 

Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib. 

“Vəziyyət çox mürəkkəbdir. Biz başa düşürük ki, 35-dən 80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq. Biz başa düşürük ki, Dnepr, Zaporojye və Xerson vilayətlərində içməli su ilə bağlı böyük problemlər olacaq”, - deyə Zelenski bildirib. 
Qeyd edək ki, bu gün Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının bəndi partladılıb.

Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO