Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO

Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO
139977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsini təmir edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, uzunluğu 1300 metr, ortalama eni 6 metr təşkil edən sözügedən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 700 p/metr bordür daşları yenilənib, 560 kvadratmetr piyada səkiləri bərpa olunub.
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb.

Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.

Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.

Sonda isə üfüqi nişanlanma xətləri çəkilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.
 


Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO - foto 1
Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO - foto 2
Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO - foto 3
Bakıda bu küçə təmir edildi - FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO