
- A-
- A
- A+
Azərbaycan 2024-cü ildə neft hasilatını sutkada 551 min barelə çatdıracaq
Azərbaycanın 2024-cü ildə xam neft hasilatını sutkada 551 min barelə çatdıracağı gözlənilir.
Bizim.Media xəbər verir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi bu gün keçirilən nazirlərin 35-ci görüşündən sonra blok tərəfindən razılaşdırıldığı kimi 2024-cü ildə gündəlik 40,46 milyon barel səviyyəsində müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Qızıl bazarında TƏŞVİŞ – Qiymətlər kəskin ucuzlaşdı
Bundan əvvəl OPEC 2023-cü ildə Azərbaycanın maye karbohidrogen tədarükünün sutkada 37 min barel artaraq orta hesabla 0,7 milyon barel səviyyəsinə çatacağını proqnozlaşdırmışdı.
2023-cü ilin aprel ayında Azərbaycanda gündəlik xam neft hasilatı sutkada 512 min barel təşkil edib. Ölkədə gündəlik neft hasilatı kondensatla birlikdə sutkada 626 min barelə çatıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































