Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb

Hazırda oxunan: Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb

138311

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində yeni rekord qeydə alınıb. 

Bizim.Media Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet (onlardan 21 nəfəri qadın) körpücük üzərinə çıxıb. 

Yarışda 81 kiloqram çəki dərəcəsində atletlərin mübarizəsində Ravin Alməmmədov fərqlənib.

Onun bu çəki dərəcəsində birdən qaldırmada ram etdiyi 136 kiloqram yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kiloqram və toplamdakı 307 kiloqram nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordlarıdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO