Fuat Oktay: “Müttəfiqliyimiz Şuşa bəyannaməsi ilə təsdiqini tapıb”

Hazırda oxunan: Fuat Oktay: “Müttəfiqliyimiz Şuşa bəyannaməsi ilə təsdiqini tapıb”

138231

“Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”.

Bizim.Media xəbər verir ki,  bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə Azərbaycan səfirliyinin Ankarada təşkil etdiyi qəbulda bildirib.

Vitse-prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını artırıb: 

“Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə və sabitləşməsinə də eyni səmimi dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO