
- A-
- A
- A+
Malayziya kralı: “Ölkələrimiz arasında mövcud əlaqələr daha da möhkəmlənəcəkdir”
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri!
Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Səmimi-qəlbdən ümid edirik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr qarşıdakı illərdə dövlətlərimizin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































