“Ezop” Şəki Teatrının səhnəsində - FOTO 

Hazırda oxunan: “Ezop” Şəki Teatrının səhnəsində - FOTO 

137210

Şəki Dövlət Dram Teatrı “Ezop” əsərini tamaşaya qoyub. 

Bu əsər Şəki Teatrının dövlət statusu almasının 90 illik yubileyi münasibətilə tamaşaya qoyulub. Xatırladq ki, Şəki teatrı 1933-cü ildə dövlət statusu alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki Dövlət Dram Teatrında Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.

Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli olan tamaşada eramızdan əvvəl 6-cı əsrdə yaşayan təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, ömrünün sonuna kimi apardığı mübarizədən bəhs olunur.
Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir.

“Ezop”da əsas rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər.

Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tamaşa böyük anşlaqla keçib. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO