“Azərsu” niyə pik saatlarda magistral yolu BAĞLAYIB? – Qurumdan AÇIQLAMA – FOTO

Hazırda oxunan: “Azərsu” niyə pik saatlarda magistral yolu BAĞLAYIB? – Qurumdan AÇIQLAMA – FOTO

136695

Bakının Xətai rayonu Fəhlə prospektindəki magistral yolda 1 həftəyə yaxındır ki, qazıntı işləri aparılır.  Aparılan işlər səhər və pik saatlarında aparıldığından ərazidə ciddi sıxlıq yaranır.

Tıxaca səbəb olan bu durum sürücülərin ciddi narahatlığına səbəb olub. Haqlı olaraq vəziyyətə etiraz edən sürücülərin iradlarına görə işlərin gecə və sıxlıq olmayan vaxtlarda aparılması daha məqsədəuyğundur.   

Bizim.Media qazıntı işlərinin hansı qurum tərəfindən və nə məqsədlə aparıldığını araşdırmağa çalışıb. Məlum olub ki, Fəhlə prospektindəki yolun bir hissəsini “Azərsu” ASC bağlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əhali suyun qrafiklə verilməsi ilə razılaşmaq istəmir” – “Azərsu”dan AÇIQLAMA 


Bu barədə Bizim.Media-ya qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə ötən gecə qurum əməkdaşları həmin ərazidə çalışıblar və qəzalı kanalizasiya xəttinin bir hissəsini yeniləyiblər: 

“Artıq gecə işi bitirmişik və əks dolğu etmişik. İşləri isə Azərbaycan Avtomobil  Yolları Agentliyinə təhvil vermişik. Onlar isə həmin ərazinin asfaltlanma işlərini həyata keçirirlər”.  


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO