Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Hazırda oxunan: Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

133716

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi 
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Başsağlığında deyilir:

"Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO