Bakıda 149 saylı məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ OLUB 

Bakıda 149 saylı məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ OLUB 

Hazırda oxunan: Bakıda 149 saylı məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ OLUB 
131499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:

“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO