Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO

Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO

Hazırda oxunan: Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO
129937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın zəngin mətbəxinə aid yeməklərdən biri də qaxac ətdən hazırlanmış qaxaclı aşdı. Aşın bu növü kalorisinə görə digər düyü yeməklərindən fərqlənir. Bu xörək ölkənin Şimal-Qərb bölgəsində saxur və avar mətbəxinin ən məşhur yeməyi sayılır. Saxur və avar ailələri ən hörmətli qonaqları üçün məhz qaxaclı aş dəmləyirlər. 

Vətən Müharibəsi şəhidi Abakar Hacıyevin ailəsi bizə bu aşın hazırlanması sirlərini açır. 

Şəhidi Abakar Hacıyevin qaynanası Fatimət Bullayeva deyir ki, bu aş Qax və Zaqatalada yaşayan saxur və avarların vazkeçilməz yeməyidi.

Bu bölgədə bayram və özəl günlər üçün hazırlanacaq yeməklər siyahısında qaxaclı aş birinci yerdə gəlir. 

“Qaxaclı aşı bişirmək üçün lobya və doğranmış qaxac ət ayrıca qazanlar da bişirilir. Qoz ləpəsi ətçəkən maşından çəkilir. Sonra düyü suda qaynadılaraq dəmə qoyulur. Bişirilmiş qaxac əti aşın dibinə düzürlər. Çəkilmiş qoz və lobya isə qat-qat düyünün arasına səpilir. Aşa yağ, duz, qoz ləpəsi və istiot zövqə görə əlavə olunur”.

Fatimət Bullayeva deyir ki, bu aşı digər aşlardan fərqləndirən əsas cəhət bu yeməyin qaxac ətdən hazırlanmasıdır. 
 


Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO - foto 1
Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO - foto 2
Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO - foto 3
Avar və saxurların məşhur qaxaclı aşının HAZIRLANMA QAYDASI – FOTO/VİDEO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO