Putin Kremldə yeni səfirlərlə əl-ələ GÖRÜŞMƏDİ - VİDEO

Putin Kremldə yeni səfirlərlə əl-ələ GÖRÜŞMƏDİ - VİDEO

Hazırda oxunan: Putin Kremldə yeni səfirlərlə əl-ələ GÖRÜŞMƏDİ - VİDEO

129096

Rusiya prezidenti Vladimir Putin Böyük Kreml Sarayının Aleksandr zalında etimadnamələrin təqdimetmə mərasimindən sonra yeni səfirlərlə yaxından görüşməməsini sanitariya məhdudiyyətləri ilə izah edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Rossiya 24” telekanalı yayıb.

Dövlət başçısı qeyd edib ki, gələcəkdə səfirlərlə yaxından təmasda olmaq imkanı yaranacaq.

Putinin səfirlərə müraciəti təxminən 20 dəqiqə davam edib. Mərasimdə 15 xarici dövlətin,  Avropa Birliyinin və qondarma rejim olan Abxaziyanın səfirləri iştirak edib (Danimarka, Paraqvay, ABŞ, Avropa Birliyi, Norveç, Ekvatorial Qvineya, Oman Sultanlığı, Suriya Ərəb Respublikası, Şimali Makedoniya, Bruney Darussalam, Meksika Birləşmiş Ştatları, Honduras, Zimbabve, Abxaziya, İraq, Kamboca və Qvineya Respublikası).

Mərasim zamanı Putin bildirib ki, Rusiya Federasiyası istisnasız olaraq bütün dövlətlərlə konstruktiv əməkdaşlığa açıqdır və özünü təcrid etmək niyyətində deyil. 

Kremlin sahibi Rusiya ilə əlaqə qurarkən qarşılıqlı maraqların nəzərə alınmasına da diqqət çəkib. 

Putinin sözlərinə görə, dünyada mövcud vəziyyət sadə deyil və çoxlu ziddiyyətlər toplanıb.

Eyni zamanda Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə də dərin böhran yaranıb.

Xatırladaq ki, tədbirdə ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi də iştirak edib. O, etimadnaməsini təqdim etməzdən öncə jurnalistlərə heç bir açıqlama verməyib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO