Şəki məktəbliləri Novruz bayramını şəhid ailələri ilə KEÇİRDİLƏR - FOTO 

Şəki məktəbliləri Novruz bayramını şəhid ailələri ilə KEÇİRDİLƏR - FOTO 

Hazırda oxunan: Şəki məktəbliləri Novruz bayramını şəhid ailələri ilə KEÇİRDİLƏR - FOTO 
126284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhər 12 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramını məktəbdə deyil, şəhid ailələrini ziyaət etməklə qeyd edir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki şəhər 12 nömrəli tam orta məktəbin rəhbərliyi bu gün ilk öncə Şəhidlər Xiyabanı ziyarət edilib, qəhrəmanların məzarları önünə gül dəstələri düzülüb.  

Daha sonra məktəbin direktoru Nəzakət Qəhrəmanzadənin rəhbərliyi ilə şəhidlərin adını daşıyan siniflərin rəhbərləri, bir qrup müəllim, valideyn və şagirdlər vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlər Səbuhi İsgəndərli, Fərid İzzətli, İbrahim Məmmədov, Xəyal Məmmədov, Nicat İmamverdiyev, Fərid Lətifov və Cavidan Məmmədlinin ailələrini ziyarət edərək bayram sovqatı təqdim ediblər.  
Təhsil ocağının direktoru Nəzakət Qəhrəmanzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, məktəbin kollektivi hər zaman çalışır ki, belə qəhrəman oğulların doğmalarını, ailə üzvlərini qayğı və diqqətdən kənarda qoymasın.  

“Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, cəsurluq və mərdlik nümunəsi göstərmiş igid, qəhrəman oğulların həyat yolu nəsillərə örnəkdir.

Onların xatirəsini uca tutmaq, əbədiləşdirmək bizim hər birimizin vətəndaşlıq borcudur”-deyə, Nəzakət Qəhrəmanzadə fikirini tamamlayıb. 

Məktəb direktoru onu da əlavə edib ki, qarşıdakı günlərdə belə ziyarətlər davam edəcək.  



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO