DSX və MTN-nin sabiq əməkdaşı vəzifəyə gətirildi

Hazırda oxunan: DSX və MTN-nin sabiq əməkdaşı vəzifəyə gətirildi

124391

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Security" MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.

Onun vaxtilə Dövlət Sərhəd Xidmətində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində çalışdığı bildirilir.

Xatırladaq ki, "ASK Security" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO