Daha bir güləşçimiz bürünc medal qazandı

Hazırda oxunan: Daha bir güləşçimiz bürünc medal qazandı

118430

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın 3-cü günündə 5 güləşçimiz mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. 59 kq-da iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.
Qadın güləşi

59 kq

1-ci tur: Alyona Kolesnik – Anastasiya Nikita (Moldova) 0:11

2-ci tur: Alyona Kolesnik – Nikolet Sabo (Macarıstan) 4:5

3-cü tur: Alyona Kolesnik – Yui Sakano (Yaponiya) 0:10

4-cü tur: Alyona Kolesnik – Viktoriya Borsos (Macarıstan) 5:0 (tuş)

62 kq

1/8 final: Elis Manolova – Kayla Mirakl (ABŞ) 2:5

Yunan-Roma güləşi

77 kq

Təsnifat mərhələsi: Sənan Süleymanov – Amin Kaviyaninecad (İran) 0:3

87 kq

Təsnifat mərhələsi: Məhəmməd Əhmədiyev – Matey Mandiç (Xorvatiya) 2:1 (tuş)

1/16 final: İslam Abbasov – Damyan Von (İsveçrə) 7:5

1/16 final: Məhəmməd Əhmədiyev – Çenqvu Vanq (Çin) 4:0

1/8 final: Məhəmməd Əhmədiyev – Marsel Sterkenburq (Hollandiya) 1:3

1/8 final: İslam Abbasov – Semen Novikov (Bolqarıstan) 0:8

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO