Azərbaycandakı Rus İcması üzvləri Laçın yolundakı AKSİYADA

Azərbaycandakı Rus İcması üzvləri Laçın yolundakı AKSİYADA

Hazırda oxunan: Azərbaycandakı Rus İcması üzvləri Laçın yolundakı AKSİYADA
117829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycandakı Rus İcmasının üzvləri bu gün Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gəliblər.

Bizim.Media xəbər verir ki, Azərbaycandakı Rus İcması sədrinin birinci müavini Dmitri Anisimov, Vətən müharibəsi qaziləri Denis Quzlyayev, Pavel Zorin, Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəman Yuri Kovalyovun qızları Regina Kovalyova, Yuluana Kovalyova, jurnalist Anastasiya Lavrina, Vətən müharibəsi şəhidi Dmitri Solntsevin bacısı oğlu Anar Süleymanov və digərləri aksiyanın gedişini işləyib, etirazçılarla görüşüb, söhbət ediblər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirirlər.
Aksiyanı gecə-gündüz, fasiləsiz davam etdirən aksiya iştirakçıları humanitar məqsədli yüklərin yoldan sərbəst keçidi üçün heç bir maneə yaratmırlar.

Gün ərzində Rusiya sülhməramlılarının təminat avtomobilləri, humanitar təyinatlı yüklər, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları aksiya keçirilən yerdən hər iki istiqamətə sərbəst hərəkət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO