Səfirliyin yaralı əməkdaşları aeroportdan təcili yardım maşınları ilə aparıldı - VİDEO

Səfirliyin yaralı əməkdaşları aeroportdan təcili yardım maşınları ilə aparıldı - VİDEO

Hazırda oxunan: Səfirliyin yaralı əməkdaşları aeroportdan təcili yardım maşınları ilə aparıldı - VİDEO
117311
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə Bakıda hava limanına eniş edib.

Bizim.Media xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilib. Bununla yanaşı səfirliyə hücum zamanı yaralanan şəxslər də Bakıya gətirilib. Onlar təcili yardım maşınları ilə təxliyyə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Əsgərovun cənazəsini daşıyan təyyarə Bakıya endi - YENİLƏNİB


Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO