Tehranda həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir

Tehranda həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir

Hazırda oxunan: Tehranda həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir
117271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimi davam edir.

Bizim.Media xəbər ki, Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edib.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO