Gəncədə Şəhid Orxan Əsgərovun yas mərasimi keçiriləcək - FOTO

Gəncədə Şəhid Orxan Əsgərovun yas mərasimi keçiriləcək - FOTO

Hazırda oxunan: Gəncədə Şəhid Orxan Əsgərovun yas mərasimi keçiriləcək - FOTO
117206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhid Orxan Əsgərovun Gəncədə ata evində də yas mərasimi keçiriləcək.

Şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, İcra Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri şəhid Orxan Əsgərovun Gəncədə keçiriləcək yas mərasiminin hazırlıq işləri ilə əlaqədar olaraq şəhidin ata evini ziyarət edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin yaxınlarına başsağlığı verib, keçiriləcək mərasimlə əlaqədar olaraq şəhidimizin ailə üzvlərinin istəyinə uyğun aidiyatı üzrə müvafiq tapşırıq və tövsiyələr verib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib.
Gəncə şəhərindən olan şəhid Orxan Əsgərovun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində və Gəncə şəhərindəki ata evində yas mərasimləri keçirilir. Şəhid Orxan Əsgərov II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Gəncədə Şəhid Orxan Əsgərovun yas mərasimi keçiriləcək - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO