Bu avtobusların hərəkəti MƏHDUDLAŞDIRILDI

Bu avtobusların hərəkəti MƏHDUDLAŞDIRILDI

Hazırda oxunan: Bu avtobusların hərəkəti MƏHDUDLAŞDIRILDI

115906

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya məlumat verilib.

Məlumata görə, buna səbəb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə təmir-bərpa işlərinin aparılmasıdır.

Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO