Erməni sahibkarlar ÇIXILMAZ DURUMDA – “Dövlət problemin həllində maraqlı deyil”

Erməni sahibkarlar ÇIXILMAZ DURUMDA – “Dövlət problemin həllində maraqlı deyil”

Hazırda oxunan: Erməni sahibkarlar ÇIXILMAZ DURUMDA – “Dövlət problemin həllində maraqlı deyil”

114621

Dolların və Rusiya rublunun devalvasiyası fonunda Ermənistanın milli valyutası dramın möhkəmlənməsi səbəbindən erməni ixracatçılar ciddi zərər görüblər. Erməni sahibkarlar hesab edirlər ki, dövlət onlara düşdükləri çətin vəziyyətdən çıxmağa yardım etməlidir.

Bizim.Media “Spuntik Armenia”ya istinadl xəbər verir ki, bu barədə “Noah of Areni” MMC-nin ortaq sahibi və direktoru Arsen Mkrtçyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Belə ki, son dövrlərdə erməni dramı rubl qarşısında mövqeyini möhkəmləndirib. Bir müddət əvvəl rublun məzənnəsi 5 drama qədər ucuzlaşsa da, hazırda 5,6-5,8 dram səviyyəsinə qalxıb.
Dramın möhkəmlənməsi isə ixrac məhsullarının bahalaşmasına səbəb olur.

"Bu vəziyyətə görə, ixracın artmasına baxmayaraq, gəlirlərimiz azalır. Bəzi ixracatçılar çıxış yolu tapmağa çalışırlar, bizneslərini transformasiya edir və ya istehsalın maya dəyərini aşağı salırlar. Amma bu kifayət deyil, konkret dövlət tənzimləmələri və satışın şaxələndirilməsi üçün yeni bazarlara ehtiyac var”, - deyə Mkrtçyan bildirib.

Onun sözlərinə görə, erməni şərab məhsullarının Rusiyaya çıxış potensialı olsa da, iri istehsalçıların Rusiyada qalmağa davam etməsi bu imkanı məhdudlaşdırır.

Bununla belə, Ermənistanın ixracının həcmi artıb. Lakin ixracatçıların itkilərini ödəyəcək qədər artımdan söhbət gedə bilməz.

Konfransın digər iştirakçısı, “Matevosyan Şərab” şirkətinin təsisçisi Vazgen Matevosyan bildirib ki, məhsulların 90%-i Rusiya bazarına çıxarılır və rublun devalvasiyası onlara ciddi zərər vurub:

“Bundan əlavə, Lars keçid məntəqəsinin bağlanması ilə bağlı daimi logistik problemlər var ki, bu da vəziyyəti daha da gərginləşdirir. Ona görə də, dövlətin istehsalçı və ixracatçıların əməyini stimullaşdırmaq üçün bir yol tapması vacibdir. Məhsulların satışında problem yaşamamalıyıq və bu, təkcə biznes üçün deyil, həm də ölkə iqtisadiyyatı üçün vacibdir".

Öz növbəsində “Armavir Fruit” şirkətinin təsisçisi Hayk Manukyan erməni iş adamlarına xarici bazarlarda öz yerlərini qorumaq üçün kooperativlər yaratmağı və birgə məhsullar buraxmağı təklif edib.

O hesab edir ki, dövlət problemin həllində maraqlı olmalıdır:

“Həll yollarından biri ixracatçıların milli valyutanın yenidən qiymətləndirilməsi nəticəsində dəyən itkilərin subsidiyalaşdırılması ola bilər”.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bəyan etmişdi ki, inzibati tədbirlərin inflyasiyaya səbəb olacağından ehtiyat etdikləri üçün hökumət dramın məzənnəsini aşağı salmır. 
Mərkəzi Bankın rəhbəri Martin Qalstyan biznesmenlər arasında yaranmış qorxuları şərh edərək bildirib ki, güclənmiş dramın süni şəkildə zəiflədilməsinin Ermənistan iqtisadiyyatına kömək etməsi və inflyasiyaya səbəb olması çətin görünür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO