Əməkdar artist müğənniləri HƏDƏF ALDI: “Kişi davası edirsiniz?” - VİDEO

Hazırda oxunan: Əməkdar artist müğənniləri HƏDƏF ALDI: “Kişi davası edirsiniz?” - VİDEO

112318

“İnsan bunları eşidir xəcalət çəkir. Deyim ki, acdılar, yox! Hamısının da imkanı, evi və villası var. Amma qırırlar bir-birini. Axı siz nəyi bölüşə bilmirsiniz? Hamınızın əri də var da... Kişi davası edirsiniz orada?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “ATV səhər” verilişinə müsahibəsində deyib. 

Qarmon ustadı müsahibələrinin birində söylədiyi “Ərləriniz ayağı ilə qapını döyür” fikirlərinə aydınlıq gətirib:

“Ata, ana bilmirlər... O ona, bu buna deyir... Deyim ki, belə fəxr ediləsi həyatınız var. Ərlərimiz içəri girəndə əli dolu girir? Keçən səfər müsahibələrimin birində “Ərləriniz ayağı ilə qapını döyür” dedim. Bu sözlərimə isə söylədilər ki, “Kül o kişinin başına ki, qapını ayağı ilə döyür”. Başa düşmürlər ki, əl dolu olanda nəylə qapını döyməlisən? Ayağınla döyürsən ki, qapını açıb, qarşılayan olsun”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO