Ermənistan tərəfdən Qarabağ üzrə işçi qrupun heyəti təsdiqləndi - Siyahıda kimlər var?

Ermənistan tərəfdən Qarabağ üzrə işçi qrupun heyəti təsdiqləndi - Siyahıda kimlər var?

Hazırda oxunan: Ermənistan tərəfdən Qarabağ üzrə işçi qrupun heyəti təsdiqləndi - Siyahıda kimlər var?
10786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş nazir Nikol Paşinyan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Ermənistan hökumətinin rəsmi saytında məlumat yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ordusunun polkovniki rüşvətə görə tutuldu


Məlumata görə  bununla bağlı verilən sərəncamda, baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun həmsədri, xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin edilib.

Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki Rusiya bölməsinin rəhbəri Artur Qriqoryan isə işçi qrupunun katibi olacaq.

İşçi qrupun tərkibinə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan (xarici iqtisadi əlaqələrdən məsul), Dövlət gəlirləri komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş qərargahın əməliyyatlar şöbəsinin rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi S.Sarkisyan (iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini) daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO