Tehran bazarında avronun qiyməti REKORD VURDU

Tehran bazarında avronun qiyməti REKORD VURDU

Hazırda oxunan: Tehran bazarında avronun qiyməti REKORD VURDU
107103
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 28-də Tehran bazarında baş tutan ticarət əməliyyatları zamanı bir avronun satış qiyməti 2019-cu ilin oktyabrında qeydə alınan zirvəni keçərək yeni tarixi rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.

Məlumatda qeyd olunur ki, bazar ertəsi İran Mərkəzi Bankı avro əskinaslarının rəsmi məzənnəsini bazar günü ilə müqayisədə 145 tümən artıraraq 33.309 min tümənə çatdırıb. 

Eyni zamanda, Tehranın azad bazarında avronun satış qiymətində ötən həftə başlayan artım tendensiyası davam edib.

Avronun satış məzənnəsi bazar ertəsi birjalarda yeni zirvəyə yüksələrək 37.800 tümən olub və bu da iki il öncə oktyabr ayında qeydə alınan rekorddan 60 tümən yüksəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO