“Ermənistanın vəziyyəti ağırdır” - Erməni politoloq

“Ermənistanın vəziyyəti ağırdır” - Erməni politoloq

Hazırda oxunan: “Ermənistanın vəziyyəti ağırdır” - Erməni politoloq
106602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın vəziyyəti çox ağırdır, onun müttəfiqləri minimum ehtiyaclarını belə ödəmir”.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, bunu erməni politoloq, ABŞ-ın Lihay Universitetinin professoru Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır.

“Heç bir illüziya, boş ümidlər olmamalıdır ki, onlar gəlib Ermənistanı müdafiə edəcəklər, silah satacaqlar, Türkiyə, Azərbaycan və Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar”, - A.Qriqoryan vurğulayıb.
O, Azərbaycanın 44 günlük müharibədə qələbə qazandığı bölgədəki vəziyyətə də toxunub.

“Hər kəs Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”, - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO