
- A-
- A
- A+
Region
21:35 / 26.11.2022
1 dəq oxunma
İraqda 2 Türkiyə hərbçisi şəhid oldu, 3 yaralı var
Hazırda oxunan: İraqda 2 Türkiyə hərbçisi şəhid oldu, 3 yaralı var
106515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların atəşi nəticəsində ölənlərlə yanaşı 3 nəfər də yaralanıb.
“Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































